Prezident qardaşı oğluna yüksək vəzifə verdi

Prezident qardaşı oğluna yüksək vəzifə verdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə rəhəbrliyində kadr dəyişikliyi həyata keçirib.

Qazaxıstan mətbuatı xəbər verir ki, ölkənin milli təhlükəsizlik komitəsi sədrinin 1-ci müavini postuna prezidentin qardaşı oğlu Abiş Səməd Nazarbayev təyin olunub. Bundan əvvəl müavin funksiyalsını icra edən Vladimir Jumakanov isə komitənin yeni sədri olub.

37 yaşlı Abiş Səməd Qazaxıstan və Rusiyada kəşfiyyat akademiyalarını bitirib. Son vaxtlar isə Milli Təhlükəsizlik Komitəsinin Astana şəhəri üzrə idarəsinin rəisi kimi çalışdırdı. Nazarbayevin qardaşı oğlu general-mayor rütbəsi daşıyır. Bundan öncə. Nazarbayev öz qızı Dariqa Nazarbayevanı baş nazirin müavini təyin etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə