Bakı şəhəri Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən 317 nömrəli tam orta məktəbdə 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Firdus Əhmədov, 317 nömrəli tam orta məktəbin direktoru Əliqismət Səfərov başda olmaqla müəllim və şagird kollektivi, valideynlər və digər qonaqlar iştirak ediblər.
İlk öncə məktəblilər ingilis dilində bacarıqlarını nümayiş etdiriblər. Onlar bu dildə Yeni illə bağlı səhnəciklər göstəriblər. Eyni zamanda şeirlər söyləyərək hər bir fəslin, xüsusilə də qış fəslinin gözəlliklərini tərənnüm ediblər. Şagirdlərin göstərdikləri səhnəciklər bütün tədbir iştirakçılarının alqışına səbəb olub.
Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Firdus Əhmədov bütün məktəb kollektivini və valideynləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək yüksək tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün əziyyəti olan hər kəsə təşəkkürünü bildirib: "Bu məktəb əyalətdə yerləşsə də, həm maddi-texniki təchizatına, həm də çalışan peşəkar kollektivinə görə Bakının mərkəzindəki orta məktəblərdən heç də geri qalmır. Bugünkü tədbirdə hər bir şagird özünün nəyə qadir olduğunu bir daha göstərmiş oldu".
Çıxış edən məktəb direktoru Əliqismət Səfərov tədbirin keçirilməsində zəhməti olanlara minnətdarlığını bildirib. O, müəllim və şagirləri bayram münasibətilə təbrik edib, yeni ildə hər kəsə uğurlar arzulayıb
Digər çıxışçılar da öz ürək sözlərini söyləyərək hər kəsin bayramını təbrik ediblər.
Sonda tədbir iştirakçıları Yeni il yolkasının ətrafında Şaxta baba və Qar qızla birlikdə xatirə şəkilləri çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB