Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş Qafqazın ən böyük məscidi olan əzəmətli "Heydər" məscidi istifadəyə verildikdən sonra dekabrın 14-dən etibarən ibadətə açılıb. SİA-nın xəbərinə görə, həmin gün məsciddə ilk cümə namazı qılınıb, bu zaman Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Heydər" məscidində ilk dəfə xütbə oxuyub və xütbə zamanı bildirib ki, bundan sonra tanınmış dindarlar Heydər məscidində xütbə oxuyacaqlar.
Bununla əlaqədar "Heydər" məscidində bu gün keçirilən cümə namazı İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədlinin imamlığı ilə qılınıb.
Əvvəlcə Hacı Surxay vəhdət barədə xütbə ilə çıxış edib, sonra isə məshəbindən asılı olmayaraq burada iştirak edən müsəlmanların hamısı bir araya gələrək vəhdət namazı qılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB