Pensiyalar vaxtından əvvəl maliyyələşdirilib

Pensiyalar vaxtından əvvəl maliyyələşdirilib

Dövlət Sosial Müdafiə Fondu 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb. Fonddan SİA-ya verilən xəbərə görə, bunu Fondun sədri Elman Mehdiyev KİV nümayəndələrinin suallarını cavablandırarkən bildirib. Pensiya ödənişinin maliyyə təminatını ilə bağlı suallara aydınlıq qətirən Fond sədri qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu 2015-ci ildə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.

Elman Mehdiyev eyni zamanda, Fondun maliyyə qöstəricilərini şərh edərək deyib ki, 2015-ci ilin yekununa görə Fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.

Bütün xəbərlər Facebook səhifəmizdə