Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən cari il oktyabrın 24-də London şəhərində imzalanmış Saziş təsdiq edilib.
Mədəniyyət və Turizm Nazirliyinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB