Baş Prokurorluq məhkəmə hökmündən protest verdi

Baş Prokurorluq məhkəmə hökmündən protest verdi

Abşeron rayonunun yetkinlik yaşına çatmayan dörd sakininin Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, müdafiə tərəfinin apelyasiya şikayətinə əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2015-ci il 23 dekabr tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Baş Prokurorluq hökmdən Ali Məhkəməyə kassasiya protesti verib.

Bütün xəbərlər Facebook səhifəmizdə