“ASAN radio” test yayımına başlayıb

“ASAN radio” test yayımına başlayıb

Dekabrın 24-dən etibarən "ASAN radio" 100 MHz tezliyində test yayımına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, radio Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılıb.

Radionun yaradılmasının əsas məqsədi dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işinin həyata keçirilməsidir. Eyni zamanda, dövlət strukturlarına etimadın gücləndirilməsi əsas məqsədlər sırasındadır.

İlkin yayım zamanı radionun əsas fəaliyyət istiqamətlərinə dair dinləyicilərə qısa anonslar vasitəsilə məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda "ASAN radio" ümumrespublika yayımını gerçəkləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə