Bu rayonlarda qaz olmayacaq

Dekabrın 25-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Atbulaq", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Qobustan" və ''Qusar'', Ağdaş magistral qaz kəmərləri sahəsinin "Cırdaxan", "Yeni Yevlax", "Yevlax-1" və "Ucar" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən xəbərə görə, təmir müddətində Hacıqabul rayonunun Atbulaq və Qızılburun kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qobustan, Qusar, Yevlax və Ucar rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə