DSMF sədri pensiyaların artırılmasından DANIŞDI

DSMF sədri pensiyaların artırılmasından DANIŞDI

"Mövcud qanunvericiliyə əsasən hər il Azərbaycan Respublikası Prezidenti tərəfindən pensiyaların sığorta hissəsinin və fərdi hesablara toplanan penisya kapitallarının indeksləşdirilməsi barədə qərar qəbul edilir. Bu, əmək pensiyaları haqqında qanunun müvafiq müddəası ilə tənzimlənən qanunvericilik normasıdır". SİA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Elman Mehdiyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Prezidenti tərəfindən veriləcək Sərəncama uyğun olaraq addım atacaq: "Avtomatlaşdırılmış rejimdə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həm də fərdi hesablara toplanan pensiya kapitallarının artırılması reallaşdırılacaq. Hələlik heç bir dəyişiklik yoxdur, hər şey öz axarı ilə gedir. Qiymətlərin indeksi elan olunduqdan sonra Prezidentin tapşırığına uyğun olaraq indeksləşməni reallaşdıracağıq. Bunun üçün kifayət qədər vəsaitimiz var. Heç bir problem yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə