“Prof. Rövşən Mustafayev” adına medal və sertifikat təqdim olundu
Bu gün AMEA-nın İnsan Hüquqları İnstitunda İnstitut və Prof. R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş "Prof. Rövşən Mustafayev" adına medal və sertifikatın təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə tədqiqatçı alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycan torpaqlarının zaman-zaman təcavüzkar qonşularımız tərəfindən tutularaq talan edilməsindən, mədəni sərvətlərimizin Ermənistan Respublikası tərəfindən özününkiləşdirilməsindən bəhs edərək, Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olduğunu vurğulayıb. İnsan Hüquqları İnstitutunun bu istiqamətdə araşdırmalar aparan alimlərin tədqiqatlarını yüksək dəyərləndirən o, təcavüzkar dövlətin saxtakarlıq və terrorla bağlı siyasətinin sübuta yetirilməsi istiqamətindəki xidmətlərinə görə Abbas İslamova və Rizvan Hüseynova uğurlar arzulayaraq onların "Prof. R.Mustafayev" adına medal və sertifikata ən layiqli namizəd olduqlarını qeyd edib.
Qeyd edək ki, "Prof. Rövşən Mustafayev" adına medal və sertifikat ildə bir dəfə, erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında aktiv, səmərəli fəaliyyəti ilə seçilən şəxslərə təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB