Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin "Azərbaycanın gənclər və idman siyasətinin inkişaf perspektivləri" mövzusunda iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman naziri Azad Rəhimov, deputatlar Ülvi Quliyev, Adil Əliyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun rəhbri Fərhad Hacıyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, "İrəli" İctimai birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Tələbə və Gənclər Təşkilatının sədri Şahin İsmayılov, digər gənclər təşkilatlarının rəhbərləri, olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin xatirə muzeyinə, daha sonra Parlamentin iclas zalına baxış keçiriblər.
İclası açan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov qeyd edib ki, tədbir Gənclər və İdman Nazirliyi ilə birlikdə hazırlanıb. Bildirib ki, Azərbaycanda gənclər və idman siyasəti prioritet istiqamətdir. Komitə sədri Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib: "Bu gün ölkə başçısı İlham Əliyevin doğum günüdür. Prezidentimizi bütün iştirakçılar adından ürəkdən təbrik edir, Ona can sağlığı arzulayırıq. Gənclərin bu gün Azərbaycan cəmiyyətində xüsusi rolu var. Ölkəmizdə gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu gün gənclər siyasəti dövlət siyasətinin təkib hissəsidir".
Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisə yeni seçilən deputatları təbrik edib, yeni yaradılmış Gənclər və idman komitəsinə uğurlar arzulayıb. Nazir ölkəmizdə gənclər və idman sahəsində aparılan işlərdən danışıb, yaradılan infrasturuktur barədə məlumat verib: "Paytaxtda və regionlarda 70-dən çox olimpiya kompkleksləri və gənclər evi fəaliyyət göstərir. Gənclər və idmançıların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu sahələrdə dövlət proqramları uğurla icra olunur".
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev komitənin gələcəkdə bu sahənin inkişaf etdirilməsində böyük rolu olacağını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan gənclər və idman siyasəti ilə dünyada fərlqənir və qəbul olunur.
"Bütün uğurların əsasında isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siaysət dayanır. Ölkəmiz bu gün dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bakıda keçirilən ilk Avropa Oyunları ilə ölkəmizin qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdik" - deyə, millət vəkilə əlavə edib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Azərbaycanda gənclər və idman sahəsində çox uğurlu layihələrin həyata keçirildiyini qeyd edib: "Bu, ölkə rəhbərinin gənclər və idman sahəsinə diqqəti və əlaqədar qurumların fəal iştirakının nəticəsidir. Ölkəmizdə 4 minə yaxın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onların içərəsində gənclər təşkilatları xüsusi fəallığı ilə seçilir. Gənclər təşkilatları ekologiya, idman, səhiyyə və digər sahələrdə uğurlu fəaliyyət göstərirlər".
Daha sonra digər tədbir iştirakçıları və idmançılar çıxış edib, ölkədə gənclər və idman sahəsində əldə olunan nailiyyətlər barədə danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB