"2015-ci ilin əvvəllərində peykdən əldə etdiyimiz şəkillərdən əmin olduq ki, Azərbaycanda sürətli qazlaşma hesabına son 10 ildə meşələrin qırılmasının qarşısı alınıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O bildirib ki, 10 ildə 100 min hektardan çox yeni meşələr salınıb, ağac əkilib və digər şəraitlər yaradılıb.
Qısa zamanda meşə örtüyü ərazilərinin 12 faizə çatacağını deyən nazir qeyd edib ki, qazlaşdırma olmasaydı, nazirliyin meşələrin məhv edilməsinə qarşı mübarizəsi bu qədər uğurlu alınmazdı: "Kəndlər, şəhərlər, əhalisi çox olan ərazilər qışda bizim tələbimizə qulaq asmazdı, meşələrin qırılmasına açıq və gərgin mübarizə aparardılar. Qazlaşma kömək etdi ki, aparılan tədbirlər effektli olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB