“ASAN radio” test yayıma başladı

“ASAN radio” test yayıma başladı

24 dekabr 2015-ci il tarixindən etibarən "ASAN radio" 100 MHz tezliyində test yayıma başlayıb. Radio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılıb. Dövlət Agentliyinin İnformasiya Təminatı sektorundan SİA-ya verilən xəbərə görə, radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir. Eyni zamanda dövlət strukturlarına etimadın gücləndirilməsi əsas məqsədlər sırasındadır.

İlkin yayım zamanı radionun əsas fəaliyyət istiqamətlərinə dair dinləyicilərə qısa anonslar vasitəsilə məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda "ASAN radio" ümumrespublika yayımını gerçəkləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə