Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb

Azərbaycanlı alimin kitabı Almaniyada işıq üzü görüb

AMEA Fəlsəfə və Hüquq İnstitunun elmi işlər üzrə direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidovun Almaniyanın "Palmarium" nəşriyyatı tərəfindən alman və rus dillərində "Revnost, kak motiv umışlennoqo ubiystiva" və "Sovremennıe problemı borıbı s narkobiznesom" adlı iki kitabı işıq üzü görüb. AMEA-dan SİA-ya verilən xəbərə görə, hüquq elmləri doktoru, professor İ.M.Rəhimovun elmi redaktoru olduğu monoqrafiyada narkobiznesin hüquqi, sosial, siyasi və psixoloji faktorlarından bəhs olunur. Eyni zamanda bu cinayətin yayılma miqyası, özünəməxsusluğu və digər cinayətlərlə inteqrasiyasından bəhs edilir. Kitabda narkotik cinayətinin yalnız hüquqi nöqteyi-nəzərdən deyil, eyni zamanda bu cinayətin sosial-itqisadi, sosial-siyasi və ideoloji tərəfləri də geniş araşdırılaraq mübarizənin yolları göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə