Səhər saatlarında Bakıda bədbəxt hadisə baş verib. Hündürmərtəbəli binanın liftinin zirzəmiyə düşməsi nəticəsində 9 nəfərdən 7-i xəsarət alıb. 10-cu mərtəbədən enən lift qəzaya uğrayıb. Liftdə olan 9 nəfərdən 7-si xəsarət alıb.
Hadisə səhər saatlarında paytaxtın Nərimanov rayonunun Qarabağ küçəsi 8 ünvanında baş verib. Onaltımərtəbəli binada, 10-cu mərtəbədə liftə minən 9 nəfər aşağı enmək istəyib. 1-ci mərtəbəyə çatanda yaranmış nasazlıqdan lift zirzəmiyə düşüb. Səsə çıxan qonşular zirzəmidə köməksiz vəziyyətdə qalan yaralıları, çətin də olsa, çıxara biliblər. Xəsarət alan 7 sakin dərhal şəhər 1 saylı kliniki tibbi mərkəzə aparılıb.
Xəsarət alanlardan 11 yaşlı Xalid Məmmədov, 14 yaşlı Niyaz Məmmədov və 8 yaşlı Oruc Baxşıyevə və hələ ki şəxsiyyəti bilinməyən bir nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər yaralılar - 26 yaşlı Camal Abışov, 24 yaşlı Günel Abışova və 12 yaşlı Nəzrin Məmmədovanın isə xəstəxanada müalicəsi davam edir.
Hadisə yerinə Nərimanov rayon icra hakimiyyətinin, hüquq-mühafizə və Fövqəladə hallar nazirliyinin əməkdaşları gəlib, araşdırmalara başlayıblar.
Rayon icra hakimiyyətinin başçısının müavini əhaliyə müraciət edərək, liftdən istifadə qaydalarına ciddi şəkildə riayət olunmasını xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB