Kamal Kebirlinskiyə Prezidentin təqaüdü verildi

Kamal Kebirlinskiyə Prezidentin təqaüdü verildi

Azərbaycan Prezidenti fərdi təqaüdün verilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Kamal Əkbər oğlu Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqda qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə