SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirdiyi işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. SOCAR-dan SİA-ya verilən xəbərə görə, dekabrın 23-də Samux rayonunun Yenikənd kəndinə təbii qazın ilk dəfə verilməsi münasibəti ilə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 246 abonenti olan Yenikənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 400 metrlik polietilen və 19 851 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 246 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edənlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB