Dekabrın 23-də Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB