Bakıda jurnalistlər üçün inşa edilən yaşayış binasında mənzil sahibi olan 100-dən çox sakinə Əmlak Məsələləri Dövlət Komitəsinin "Kütləvi çıxarış" kampaniyası çərçivəsində dekabrın 24-də binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim ediləcək. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amamşov və KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, yaşayış binası dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncama əsasən tikilərək istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB