Neftçilərin axtarışı davam edir

Neftçilərin axtarışı davam edir

"Günəşli" yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlara başlayıb. Həmçinin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 kateri sahilboyu axtarışlar aparır. SİA-nın xəbərinə görə, "Azneft" İstehsalat Birliyindən (İB) verilən məlumatda bildirilib ki, axtarışlar hələlik heç bir nəticə verməyib.

Qeyd olunub ki, hazırda "Günəşli" yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi məşğuldur. Həmçinin FHN-nin 2 gəmisi yanğının söndürülməsi üçün gözləmə mövqeyindədir. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və hazırlıq sona çatmaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə