Özbəkistan Sərhəd Qoşunlarının nümayəndə heyəti Azərbaycana gəlib FOTOLAR
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Milli Təhlükəsiz-lik Xidməti sədrinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-mayor Eminjanov Rustam Olimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti 2015-ci ilin 21 dekabr tarixində ölkəmizə rəsmi səfərə gəlib. DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmış, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, sərhəd aviasiyası, kadrların hazırlaşdırılması, miqrasiya proseslərinin idarə edilməsi, beynəlxalq tədbirlər və layihələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub, qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.
Bununla yanaşı tərəflər sərhəd təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərlə, əsasən də beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transsərhəd xarakterli digər əməllərlə mübarizənin vacibliyini xüsusi vurğulayıblar.
Görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 %-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi qeyd olunub, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilib
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, DSX Akademiyası, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Atçılıq Mərkəzi və digər bölmələrlə tanış olublar.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB