Yaşadığımız dünyanın mövcudluğu, inkişafı və zənginliyi dahi şəxsiyyətlərin əməllərinin sayəsində mümkün olur. Belə şəxsiyyətlər təkrarsız və bənzərsiz şəxsiyyətlərdir. Hətta demək olar ki, bu şəxsiyyətlər 100 ildə bir dəfə dünyaya gəlir, yaşayır, yaradır, xalqına, dövlətinə, ümumilikdə isə dünyaya əvvəzsiz töhfələr verirlər. Birmənalı şəkildə demək olar ki, dövlətimizin və xalqımızın nicatı, xilası və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev də, məhz belə bənzərsiz dahi şəxsiyyətdir. Dahi Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Dahi Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması və müasir idarəetmə üsullarının bərqərar olmasına xidmət edən Konstitusiyanın qəbul edilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Ulu Öndər Heydər Əliyevin xidmətləridir. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, Onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli amallarını, yaşatdığı dövlətçilik ənənələrini, həqiqi mənada, XX əsrdən XXI əsrə keçid dövrünü əhatə edən Ulu Öndər Heydər Əliyev epoxasında gerçəkləşdirdi, yenidən müstəqil Azərbaycan dövlətini qura bildi. Çağdaş Azərbaycan tarixinin 34 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Dahi Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti Onun ən layiql varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Faktlara istinadən demək olar ki, 2003-2015-ci illərdə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olmuşdur. 2003-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin "Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi Cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin tarixi fikrin əsaslı olduğunu görmək olar. Ümummilli Liderin müəyyənləşdirdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə Onun xalqına, dövlətinə necə qəlbən bağlı Lider olduğu bir daha təsdiqini tapır. 2003-2015-ci illər Azərbaycanda sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Bu dövr ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 40 iqtisadiyyat arasındadır. Bundan başqa, orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirmiş, Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir. Azərbaycanda yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür. Bu göstərici 49 faizdən 5 faizə qədər enmişdir. 2003-cü il prezident seçkiləriərəfəsi "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən Prezident İlham Əliyev ötən dövrdəki çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini bütünlüklə doğrultmuş, sistemli və düzgün koordinasiya olunmuş fəaliyyəti ilə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübut etmişdir. Yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş Cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını, sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır. Azərbaycanda sosial məsələlərin həlli, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun artırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində regionlarda minlərlə istehsal obyekti yaradılmış, həmçinin ölkədə 1,4 milyon yeni iş yeri açılmışdır ki, bunun da 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə artmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq isə 5 faizə enmişdir. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə, biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə ki, dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin hesabına, məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək".
Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir
Bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanınır. Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla bərabərhüquqluluq, qarşılıqlı etimad, faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrini daim inkişaf etdirir. Məhz bunun nəticəsidir ki, 2012-2013-cü illərdə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, qlobal problemlərin həllinə öz töhfəsini vermişdir. Ölkə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və daha geniş arealda mərkəz statusunu ildən-ilə gücləndirir. 2015-ci ildə ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə idman tarixində yeni maraqlı səhifə açan Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcəkdir. Prezident İlham Əliyev inkişaf etmiş böyük iyirmiliyin Türkiyədə keçirilən sammitində demişdir: "Hesab edirəm ki, müstəqillik illərində Azərbaycanın milli inkişaf strategiyası və inkişaf modeli "G20" üzvləri üçün də maraqlı ola və yeni perspektivlər aça bilər. Əminəm ki, əgər Azərbaycan 24 ildə Ermənistanla müharibə vəziyyətində yaşamasaydı və ərazisinin 20 faizi işğala məruz qalmasaydı, əldə edilmiş uğurların miqyası daha böyük olardı. Nəzərinizə çatdırmaq istərdim ki, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, sosial və iqtisadi infrastruktur, mədəniyyət abidələri dağıdılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Təəssüf ki, bu dövr ərzində beynəlxalq birlik münaqişənin həlli ilə bağlı qəti iradə nümayiş etdirməmiş, BMT Təhlükəsizlik Şurası başda olmaqla dünyanın aparıcı təşkilatlarının qərar və qətnamələri icra olunmamış, beynəlxalq hüququn tələbləri yerinə yetirilməmişdir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti, artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)", "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı", Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və 2014-2018- ci iilərdə Dövlət Proqramının uğurlu icrası sayəsində regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün bölgələrində olduğu kimi, Zaqatala rayonunda da geniş quruculuq abadlıq işləri aparılmış, əhalinin məşğulluğunun artmasına xidmət edən yeni iş yerləri yaradılmışdır. Prezident İlham Əliyevin 2013-cü ilin avqustunda və 2015-ci ilin sentyabrında Zaqatalaya səfəri zaqatalılarda unudulmaz əhval-ruhiyyə yaratmışdır. Prezident Zaqatala içtimaiyyəti ilə görüşündə demişdir: "Zaqatala tarixi şəhərdir. Çox gözəl şəhərdir. Zaqatalanın tarixi simasını saxlamaqla bu gün burada aparılan müasir işlər əlbəttə ki, yeni infrastrukturun yaranmasına xidmət göstərir. Siz - burada yaşayanlar bütün bu işlərin fəal iştirakçılarısınız. Bütün bu işlərdə fəal iştirak edirsiniz və ümumiyyətlə, bu bölgənin gələcək inkişafı Azərbaycanın potensialını böyük dərəcədə gücləndirəcəkdir. Bu bölgəyə xüsusi diqqət göstərilir. Bildiyiniz kimi, keçən dəfə mən burada olarkən Zaqatalanın inkişafı üçün vacib obyektlərin açılışında iştirak etmişdim. Olimpiya Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, mehmanxana yaradılmışdır. Yəni burada bütün başqa sahələrdə işlər görülür ki, insanların rahatlığı üçün şərait yaradılsın. İş yerləri, sosial obyektlər, səhiyyə, təhsil, mədəniyyət müəssisələri açılır. Bu gün mədəniyyət mərkəzinin təmirdən sonra açılışında iştirak etmişəm. Bu da çox gözəl hadisədir. Beləliklə, bu bölgənin gələcək inkişafı təmin ediləcəkdir. Çünki biz elə etməliyik ki, Azərbaycanın hər bir bölgəsi özünə xas olan sənaye sahəsində maksimum səmərə ilə lazımi səviyyəyə çatsın".
Bu ilin sentyabrında Prezident İlham Əliyev Zaqatalaya növbəti səfəri zamanı 12 yaşayış məntəqəsini birləşdirən 15 min 600 insanın rahatlığını təmin edən yolun açılışında iştirak etdi. Eləcə də Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş "Qızılgül" körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Rayon sakinləri ilə görüşən Prezident İlham Əliyev dünyada müşahidə edilən maliyyə və hərbi böhrana baxmayaraq, Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin xalqla iqtidarın birliyi sayəsində mümkün olduğunu bildirib.
Qısaca o fikri vurğulamaq olar ki, Azərbaycan Umummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir, dünyanın iqtisadi, siyasi, mədəniyyət və idman mərkəzinə çevrilir. Təbi ki, bundan sonra da əldə olunan uğurlar davamlı və dönməz xarakter daşıyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB