Bizi xoşbəxt edən qidalar FOTOLAR

Bizi xoşbəxt edən qidalar FOTOLAR

Bəzi qidaları qəbul etdikdən sonra özümüzdən asılı olmayaraq əhval-ruhiyyəmiz artır. Bu artıq elmi cəhətdən də sübut olunub. Bəs, hansı qidalar bizi xoşbəxt edir?

SİA sizə həmin qidaların siyahısını təqdim edir.

Fıstıq

Qədim Roma imperatorları fıstığı "Tanrı qidası" adlandırırdılar.

Dəmir, mis, selen, maqnezium, sink, kalium və fosfor kimi minerallarla zəngin olan bu çərəz ürəyə, beyin-sinir sisteminə, əzələ və sümüklərə xeyirdir.

Şokolad

Stressin bir nömrəli düşməni hesab edilir. Şokoladda olan maddələr qanı durulaşdırır və ürək xəstəlikləri riskini azaldır.

Çiyələk

Çiyələk C vitamini ilə zəngindir. Çiyələyin bol olduğu bölgələrdə yaşayan insanlar uzun ömürlü olur. Yüksək təzyiqi salır, qanı təmizləyir, böyrəkdə daş və duzun yaranmasına mane olur. Ən əsası isə xərçəngə qarşı qoruyur.

Çörək

Çörək insana çətinliklərini unutdurur.

Üzüm

Üzümdə bol miqdarda dəmir və tərkibinin 20 faizini təşkil edən, birbaşa qana qarışan şəkər var.

Portağal

C və B vitaminləri ilə zəngindir. İnsana dinamizm verir.

Susam

Yağ və zülal ehtiyatı ilə zəngindir. Qış mövsümü zamanı immuniteti gücləndirmək məqsədilə qəbul edilə bilər.

Dondurma

Dondurmanın süddən daha zəngin tərkibi, içində A, B, C, D və E vitaminləri var. Eyni zamanda çox yeyildiyi təqdirdə insanı kökəldir.

Makaron

Makaron xüsusilə salatla yeyildiyi halda kökəltmir.

Banan

Bir çoxları bananı endorfin mənbəyi adlandırır. Kalsium və maqnezium ilə zəngindir. Stressə qarşı ən effektiv vasitədir.

Bütün xəbərlər Facebook səhifəmizdə