FHN təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən dekabrın 22-də təlim keçirilib. FHN-dən SİA-ya verilən məlumata görə, nazirliyin xilasetmə qurumlarının qüvvə və texnikaları cəlb edilməklə keçirilən təlimin məqsədi yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi, bu sahədə nazirliyin qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi olub.

Təlim planına uyğun olaraq yanğının söndürülməsi və insanların təxliyə olunması üzrə əməliyyatlar uğurla yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə