Zakir Həsənov Moskvaya gedib

Dekabrın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskva şəhərinə yola düşüb. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə