Azərbaycan Prezidenti növbəti sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, bu sərəncam Prezident təqaüdünün verilməsi ilə bağlıdır. Belə ki, Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsini qərara alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB