Bu gün paytaxt Bakının bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayandırılıb. Səbəb manatın "üzən məzənnə" siyasətinə keçidinin elan olunmasıdır.
İri alış-veriş mərkəzlərinin bağlı qapılarının üstünə "Satış yoxdur. Mağazalar saat 13-dən sonra işləyəcək" məzmunlu elanlar asılıb. Ticarət mərkəzlərinin əməkdaşları buna dolların bugünkü bahalaşmasının səbəb olduğunu, satışın bir çox malların qiymətlərinin yeni kursa uyğun yenidən müəyyənləşdirilməsi səbəbi ilə dayandırıldığını bildiriblər.
Müxbirlərimiz xəbər verir ki, satıəşı dayandıran mağaza və şirkətlər arasında "İrshad Telecom", "Bakcell", "Azercell", "Muzik Qallery", "Baku Electronic" və digərləri var.
Qeyd edək ki, Mərkəzi Bank bu gün manatın üzənnə məzənnə siyasətini keçidini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB