Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb FOTOLAR

Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərilə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili Rüstəmov, Q.Qarayev, B.Nuriyev, Naxçıvanski və Babək prospekti ünvanlarından olan seçicilərini qəbul edib.

Müraciət edən seçicilərin əksəriyyəti sosial problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Ünvanlı sosial yardım və əlillik dərəcəsi almaq istəyən şikayətçilərin problemlərilə əlaqədar müvafiq qurumlara yerindəcə müraciət edilib və vətəndaşlara qanun çərçivəsində köməklik edilməsi xahiş olunub.

Eyni zamanda, işlə təminatla bağlı müraciət edən seçicilərin də probleminə yerindəcə reaksiya verilib. Qəbulda iştirak edən rayon Məşğulluq İdarəsinin rəsmisi müraciətçilərə mövcud iş yerlərini təklif edib və məsələ həllini tapıb.

Qeyd edək ki, deputat Sədaqət Vəliyeva Naxçıvanski 88, 90, 92 və 94b ünvanlarının sakinlərilə də səyyar görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə