“ASAN Xidmət” 5 gün işləyəməcək

“ASAN Xidmət” 5 gün işləyəməcək

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar beş gün işləməyəcək. Agentliyin ifnormasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar bütün "ASAN Xidmət" mərkəzlərində 31.12.2015 – 4.01.2016-cı il tarixində qeyri-iş günü olacaq.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə bağlı Azərbaycanda bayram günləri elan edilib.

2016-ci il, 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 yanvar qeyri-iş günü olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə