Masallı rayonunda "ZİL" markalı yük avtomobilinin su kanalına aşması nəticəsində sürücü həlak olub. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Boradigah qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "ZİL" markalı yük avtomobilinin su kanalına aşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "ZİL" markalı yük avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Mübariz Mirxas oğlu Fərəcov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış və vəfat etmişdir.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 12:49-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB