136 ilin ən isti noyabrı

ABŞ meteoroloqları bildirirlər ki, 2015-ci ilin noyabrı müşahidələrin aparıldığı 136 il ərzində ən isti ay olub. Bu informasiyanı ABŞ Okeanların və Atmosferin Tədqiqi Milli İdarəsi yayıb.

"Letnews.ru" saytı xəbər verir ki, noyabrda quruda orta temperatur ötən əsrdə olduğundan 1,75 dərəcə yüksək olub. Bu göstərici 2013-cü ilin noyabrında müəyyən olunmuş əvvəlki rekordu 0,27 dərəcə üstələyib. NASA-dan bildiriblər ki, noyabrda okeanın səthinin temperaturu XX əsrin orta göstəricilərini 1,15 dərəcə üstələyib, 2014-cü ilin rekordunu isə 0,36 dərəcə geridə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə