20 ildə on milyona ağac

Son 20 ildə Naxçıvan Muxtar Respublikasında 16 min 541 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 10 milyona yaxın ağac və bəzək kolları əkilib. Bu ilin yaz və payız əkini mövsümlərində də muxtar respublikada yaşıllaşdırma tədbirləri davam etdirilib, ümumilikdə, 446 mindən çox meşə, meyvə, həmişəyaşıl ağaclar, eyni zamanda, gül və bəzək kolları əkilib.

Qeyd edək ki, muxtar respublikada ağac əkinini təmin etmək üçün bu il Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingyetişdirmə müəssisələrində 1 milyona yaxın ting yetişdirilib, əlavə olaraq 8 hektar sahədə toxmacarlıq yaradılıb.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən muxtar respublikada həyata keçirilən yaşıllaşdırma tədbirləri bu sahədə xeyli uğurlar qazanılmasını təmin edib, yaşıllıqların ərazisi 0,6 faizdən 12 faizədək artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə