Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir. SİA-nın xəbərinə görə, xüsusi qərargahdan verilən məlumatda bildirilir ki, axtarışlarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin şəxsi və texniki heyəti iştirak edir. Axtarışlara gəmilər, helikopterlər, 1 təyyarə vasitəsilə aparılır.
Məlumatda qeyd olunur ki, itkin düşmüş neftçilərin axtarış miqyası ötən günlərdə olduğu kimi Xəzər ətrafı qonşu ölkələrin sərhəd sularında da aparılır.
Qeyd edək ki, platformada neft quyularında yanğının qarşısı alınıb. Hazırda yanan qaz quyularının söndürülməsi istiqamətində də işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB