Azərbaycanda bir neçə apellyasiya məhkəməsinə yeni hakimlər təyin edilib. SİA-nın məlumatına görə, bu haqda məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib ki, müzakirəyə çıxarılan layihəyə əsasən, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin ediləcək.
Eyni zamanda, Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin olunacaqlar.
Layihə səsverməyə qoyularaq, qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB