"Dənizdə neft çirklənməsi yoxdur" AÇIQLAMA

"Dənizdə neft çirklənməsi yoxdur" AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzanın ekoloji nəticələri ilə bağlı mütəxəssislərin iştirakı ilə mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, hadisə yerindən birbaşa telefon əlaqəsi ilə qoşulan nazirliyin mütəxəssisi Mirsalam Qənbərov tərəfindən ən son məlumatlar verilir. Onun sözlərinə görə hadisədən dərhal sonra təşkil olunan Komissiyanın planına əsasən hərəkət edirlər: "Bəzi yalan məlumatlar verilir. Ərazidə 28 quyudan 21-i qaz quyusudur. Mütəmadi nümunələr götürürük. Hadisə ərazisində neft çirklənməsi yoxdur. Aidiyyatı qurumların texnikaları hazır vəziyyətdədir"

Bütün xəbərlər Facebook səhifəmizdə