Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər müzakirə edilərkən deputat Aqil Abbas təkliflə çıxış edib. SİA-nın məlumatına görə, o bildirib ki, Türkiyədə şəhidin harada dəfn olunmasından asılı olmayaraq, onun məzarının yanına bayraq qoyulur: "Türkiyənin bu ənənəsi çox yaxşıdır. Məzarlığın yanından keçərkən orada şəhidin dəfn olunduğu məlum olur. Təklif edərdim ki, biz də belə edək. Şəhidlərimiz öz elində-obasında dəfn olunarkən onların məzarının yanında bayraq asılsın. Bu, eyni zamanda, şəhidə göstərilən böyük ehtiramdır".
Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, millət vəkili Aqil Abbasın qaldırdığı məsələ maraqlıdır və gələcəkdə dəfn mərasimində xüsusi guşənin yaradılması mümkün ola bilər: "Lakin hələlik əlimizdəki qanun layihəsi budur və bu təkliflər gələcəkdə nəzərə alına bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB