Dəbdəbəli qəbir daşı qoyulmayacaq QADAĞA

Bu sahə qanunla tənzimlənəcək və bütün qəbir daşları eyni standartda olacaq
Dəbdəbəli qəbir daşı qoyulmayacaq QADAĞA

Yeni qəbiristanlıqlar salınacaq və həmin qəbiristanlıqlarda bütün qəbirlər standart olacaq. Eyni zamanda yas mərasimləri də qanunla tənzimlənəcək. Yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq ''Qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı'' haqqında qanun layihəsinin təfərrüatlarını millət vəkili Siyavuş Novruzov açıqlayıb.

Artıq ölənlərə dəbdəbəli qəbir daşı qoyulmayacaq. Bu sahə qanunla tənzimlənəcək və bütün qəbir daşları eyni standartda olacaq. ''Qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı'' haqqında qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq

Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, qanunda bir sıra icrası məcburi tələblər olacaq. Qanuna əsasən yeni qəbirstanlıqlar da salınacaq. Bu qəbirstanlıqlar yaşayış yerlərindən azı 300 metr məsafədə yerləşəcək

Qəbirlərin tərtibatında da dini məqamlara diqqət ediləcək. Qəbirin üzərində ucaldılan baş daşının hündürlüyü maksimum 60, eni isə 40 sm olacaq. Həmçinin qəbirin üzərində olan sinə daşı torpaq səviyyəsindən 40 sm yuxarı ola bilər.

Yas mərasimləri ilə bağlı vahid qaydaların da müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Bu sahədə digər ölkələrin təcrübəsi də öyrənilir. Yeni qaydalar yas mərasimlərində yol verilən israfçılığın da qarşısını alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə