Metronun "28 May" stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanına işləyən "BakuBus" avtobuslarının gediş haqqında heç bir dəyişiklik olmayacaq. Bu barədə SİA-ya "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, yaxın zamanda gediş haqqının azalması və ya artması gözlənilmir.
"BakuBus"dan verilən məlumata görə, hələ bu günə qədər heç bir sərnişin gediş haqqından şikayət etməyib, hətta əksinə qiymətdən razı olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB