Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Gənc Biznesmenlərin Maraq klubu " layihəsinə start verir. Təşkilatdan SİA-ya verilən xəbərə görə, tədbirin ilk günündə AR Prezident yanında Gənclər Fondunun nümayəndəsi Vusalə Niftəliyevə və Ülvi Adıgözəlov biznes qurumlarının nümayəndələri ilə birlikdə, AGAT sədri Nərgiz Xələf, Etika Akademiyasının direktoru Günel İbrahim və KİV nümayəndələri iştirak edib.
Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva fondun imkanlarından gəncləri daha çox istifadə etməyə çağırıb və qaydaları barədə geniş məlumat verib. Günel İbrahim qonaqları salamlayaraq ilk mövzu ilə bağlı təlimə başlayıb.
Qeyd edək ki, "Gənc Biznesmenlərin Maraq klubu" adlı layihə 15 gün davam edəcək. Bu müddət ərzində 60-a yaxın gənc iş adamı Britaniyanın ən son proqramları ilə tanış olub, beyin alimlərinin son ixtiralarını öz işlərində tətbiq edəcəklər. Onlara yeni biznes biliklərin artırılması, uğurlu danışıq və biznesin inkişafı ilə bağlı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Layihə 3 hissədən ibarətdir. İlk hissə treninqlər, ikinci hissə müzakirələr və üçüncü hissədə klubun üzvü seçilmək planlaşdırılır. Əsas məqsəd gənclər arasında biznes kommunikasiyasını artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB