MQF-nin iclası keçirilib FOTO

Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, MQF İdarə Heyətinin sədr müavini Umud Rəhimoğlu iclası açıq elan edərək, İdarə Heyətinin üzvlərini və qonaqları salamladı. Sonra MQF-nin prezidenti Rauf Zeyni hamını salamlayaraq, gündəlikdə duran məsələlər haqqında iştirakçılara qısa məlumat verdi. Daha sonra yeni təşkilatların – "Marketinq Fəaliyyətinin İnkişafına Dəstək" İB, "İnsan Alveri və İstismarına Qarşı Maarifləndirmə" İB, "Gənc Mühəndislərin İnkişafı" İB, "Gənclər və tele-kinomotoqrafiya" İB və "Təmiz Dünya" Qadınlara Yardım İB-nin MQF-yə üzv qəbul edilməsi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olundu və yeni təşkilatlar MQF-yə üzv qəbul olundu.

Sonra forumun prezidenti Rauf Zeyni MQF-nin fəaliyyəti və vətəndaş cəmiyyətinin mövcud vəziyyəti ilə əlaqədar İdarə Heyətinin üzvlərini məlumatlandırdı və bu il MQF-nin fəaliyyətini, vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhvələri yüksək qiymətləndirdi. Daha sonra Umud Rəhimoğlu və İdarə Heyətinin üzvləri məsələ ilə əlaqədar öz fikirlərini bildirdilər. Qeyd olundu ki, bütün çətinliklərə baxmayaraq, vətəndaş cəmiyyəti uğurla inkişaf edir və bundan sonra da vətəndaş cəmiyyəti daha sıx birləşməli və problemlərin həllinə çalışmalıdı.

Beləliklə, MQF İdarə Heyətinin növbəti iclasında gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu və MQF-nin üzvlərinin sayı 665-ə çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə