“79 rayonda icra başçısının müavinləri qadınlardır” AÇIQLAMA

“79 rayonda icra başçısının müavinləri qadınlardır” AÇIQLAMA

"Qadınlar cəmiyyətin müxtəlif sahələrində vacib vəzifələrdə təmsil olunurlar". SİA xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə "İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və Media" mövzusunda Bakıda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda gender bərabərliyinin qorunmasında praktiki irəliləyişlər var: "Bələdiyyə seçkilərində iştirak edən qadınların sayı 4%-dən 30%-ə qalxıb. Parlamentdə də təmsil olunan qadınların sayında artım var. Qeyd edim ki, Azərbaycan Respublikasının Naxçıvan MR-in mədəniyət naziri qadındır. Azərbaycanda gender bərabərliyini təbliğ edən 200-dən çox ictimai təşkilat var. Azərbaycan Qadınlar Assosiasiyası fəaliyyət göstərir".

"Gender bərabərliyi insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. Bu sahədə Komitə tərəfindən gender ekspertizası və büdcələşməsi tətbiq olunur. Media holdinqlərdə həm təmsilçilik, həm də işqılandırılma sahələri üzrə gender bərabərliyinin təmin olunması istiqamətində müsbət işlər görülüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Avropa Şurası bu sahələrlə bağlı son 10 ildə geniş əməkdaşlıq edir. 2010-cu ildə "De-fakto De-yuro" gender bərabərliyi ilə bağlı Azərbaycanda konfrans baş tutub. 27 dövlətin naziri bu konfransda iştirak edib".

Bütün xəbərlər Facebook səhifəmizdə