Avtobuslarda gediş haqqı artacaq? Açıqlama

Avtobuslarda gediş haqqı artacaq? Açıqlama

Avtobusların gediş haqlarında yaxın zamanda heç bir qiymət artımı olmayacaq. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanda avtobuslarda gediş haqqının artacağı gözlənilmir.

Şəfa xanım bildirib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə heç bir müraciət daxil olunmayıb. O qeyd edib ki, ümumilikdə avtobuslarda gediş haqqının müəyyən olunmasına Tarif Şurası nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə