Gənc Mədəniyyət işçilərinin I Regional Toplantısı keçiriləcək

Gənc Mədəniyyət işçilərinin I Regional Toplantısı keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin nəzdində yaradılmış "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun 18 dekabr 2015-ci il tarixində Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində Gənc Mədəniyyət işçilərinin I Regional Toplantısı keçiriləcəkdir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin iştirakı ilə keçiriləcək tədbirdə ölkəmizin bütün regionlarını əhatə edən 300 nəfərə qədər gənc mədəniyyət işçisinin iştirakı nəzərdə tutulmuşdur.

Cənab nazir Əbülfəs Qarayevə bir çox sualların ünvanlanması, bundan irəli gələn bir sıra məsələlərin müzakirəsi və mədəniyyət sahəsində bəzi problemlərin həllinə dair söhbətlər öz əksini tapacaqdır.

Tədbir zamanı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəaliyyəti və perspektiv planlar ətrafında müzakirələr aparılacaqdır.

Bundan əlavə regionlarda və paytaxtda çalışan gənc mədəniyyət işçilərinin qrupun yaradılması, məqsədi və onun əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barəsində çıxışları nəzərdə tutulmuşdur.

Tədbirin sonunda bölgələrdə və paytaxtda çalışan bəzi gənc mədəniyyət işçiləri fəxri diplomlarla təltif olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə