Aydın Mirzəzadə: “Ehtiyat edirəm ki, bu yenilik əks effekt verəcək” MÜNASİBƏT
"Ultrasəs müayinəsindən sonra bəzi ailələr ikinci qız, daha doğrusu 10 min manat arzusu ilə oğlan döllərini məhv etməyə başlayacaqlar.". SİA xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə ikinci qız sahibi olan ailələrə 10 min manatın verilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.
"Mətbuatda məlumat yayılıb ki, ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək. Sistemə əsasən, dövlət ikinci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək".
"Ölkəmizdə 10 illiklərdən sonra ciddi surətdə oğlan (kişi) qıtlığı yarana bilər. Bu isə öz növbəsində ərə gedə bilməyən qızlar, çatışmayan əsgərlər, yaranmayan ailələr və doğulmayan uşaqlar, mənəviyyat prinsiplərin pozulması halları deməkdir. Ona görə də ikinci qız olmağa həvəsləndirməyə deyil, cəmiyyətdə maarifləndirməyə daha böyük önəm vermək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB