ABŞ-ın Pensilvaniya ştatında doğma övladlarını ölüm aclığına məruz qoyan valideynlərə hökm oxunub. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, hər iki valideyn autizm xəstəliyi keçirən 9 yaşlı oğulları Cerardı ölümə məruz qoyaraq, onun həyatına son qoyublar.
Məhkəmə 39 yaşlı ata Carred Tatkoya 42 il, 40 yaşlı ana Kimberliyə isə 40 il cəza kəsib. Mühakimlər yalnız 20 ildən sonra vaxtından əvvəl azadlığa buraxılmaları barədə müraciət edə bilərlər. 9 yaşlı Cerard 6 nəfər uşağı olan Tatko ailəsində bir nəfər istisna olmaqla psixiki pozuntusu olanlardan biri idi. Ölüm anında uşaq təqribən 8 kq çəkidə olub və cani valideyinlər onu ayrıca otaqda heç yerə çıxmamaq şərti ilə ac saxlayıblar.
Lakin prokurorluq daha bir məqamı da aşkarlayıb. Belə ki, polis həmin evdə Cerardın bacısını da ölüm anında tapıblar. Valideynləri bu qızcığazı da ölüm aclığına məruz qoyaraq, ondan bu yolla qurtulmağı düşünüblər. Ancaq xoşbəxtlikdən qızığazı xilas etmək mümkün olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB