Braziliyanın mobil operatorları məhkəmənin qərarına əsasən, "WhatsApp" messencerinə çıxışı 48 saat ərzində blok etməlidirlər. SİA-nın məlumatına görə, bu barədə ölkənin "Folya di San-Paulu" nəşri yazıb. Bu qərar 17 dekabr saat 00:00-dan etibarən (Bakı vaxtı ilə saat 06:00) qüvvəyə minib.
Məhkəmənin bu qərarı barədə heç bir açıqlama verilməsə də, ölkə mətbuatının yazdığına görə, buna səbəb mobil operatorları sahiblərinin Braziliyanın hüquq-mühafizə orqanları ilə işləməkdən imtina etməsi olub. Onlar aparılan bir cinayət işi üzrə şəxsi məlumatları istintaqa verməkdən boyun qaçırıblar.
Qeyd edək ki, bənzər olay bu ilin fevralında ölkənin Piaui ştatında da qeydə alınıb. Yerli məhkəmənin hakimlərindən biri "WhatsApp" messencerinin Braziliya ərazisindəki fəaliyyətini qadağan edən edən hökmü oxuyub. Buna səbəb isə messencer sahiblərinin pedofeliya işi ilə bağlı şəxsi məlumarların məhkəməyə təqdim edilməsindən imtinaları olmuşdu. Uzun sürən məhkəmə çəkişmələrindən sonra apellyasiya məhkəməsi həmin qərarı ləğv etmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB