Dekabrın 4-də yanğın baş vermiş "Günəşli" yatağından ən son görüntüləri təqdim edəcəyik. Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin helikopterləri vasitəsilə əraziyə gedən əməkdaşlarımız mövcud vəziyyəti lentə alıblar. Hadisədən 12 gün vaxt keçməsinə baxmayaraq yanğını söndürmək mümkün olmayıb. Güclü yanğın davam edir. Ətrafı qatı tüstü bürüyüb. Yaxınlıqda isə gəmilər yanğını söndürməyə çalışırlar.
Görüntülər "Günəşli" yatağındadır. Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi bu gün bir qrup jurnalisti "Günəşli" neft yatağının 10-cu dərin özüllündəki yanğın yerinə aparıb. Axtarış işləri daha da genişləndirilib və xüsusi üsullardan istifadə edilməyə başlayıb. Yaxın quyuların ətrafı və estakadaların diblərinin araşdırılmasına start verilib. Amma platformanın dibində işləmək xeyli çətindir. Çünki soyutma işləri gedir, texnikanın ora yaxınlaşmaq imkanı məhduddur.
Yanğının baş verdiyi ərazidə hava şəraiti nisbətən əlverişli olduğundan yanğınsöndürmə əməliyyatları davam edir. Bu işlərə 3 gəmi cəlb edilib. Yanğınsöndürmənin birinci fazası başa çatıb. Bir quyunun ağzı bağlanıb.
Yanğından sonra mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən aparılan monitorinqin nəticələri açıqlanıb. Bunu müəyyən etmək üçün peyk vasitəsilə çəkilişlər aparılıb. SOCAR-dan verilən məlumata görə, ərazidə ekoloji vəziyyət nəzarət altındadır. Yataqda və "Neft daşları" ərazilərində neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB