Satış yarmarkalarının ünvanı bəlli oldu

Satış yarmarkalarının ünvanı bəlli oldu

Yeni il qabağı kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçiriləcəyi ünvanlar məlum olub. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. O, Yeni il qabağı ət və ət məhsulları qiymətlərinin artması ilə bağlı görülən tədbirlərdən danışıb.

Murtuzəli Hacıyev bildirib ki, bununla bağlı dekabrın 26-dan 31-dək kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. Yarmarkalar Bakı və Sumqayıt şəhərlərində təşkil olunacaq.

Murtuzəli Hacıyev Bakıda təşkil olunacaq yarmarkaların ünvanların adını açıqlayıb. Belə ki, Bakıdakı yarmarkalar Xətai rayonu "Bakı Kinoteatrı"nın yanı; Nərimanov rayonu, Keşlə bazarının yanı; Səbail rayonu, Badamdar qəsəbəsi; Binəqədi rayonu, Dərnəgül qəsəbəsi; Suraxanı rayonu, Əmircan qəsəbəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə