Dekabrın 17-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin ''Gəncə Körpü Tikinti-2'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, təmir işləri aparılan müddətdə Göy-Göl rayonunun Qırxılı, Cümşüdlü və Balçılı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB