Memarlığı ilə seçilən Gəncə FOTO

Memarlığı ilə seçilən Gəncə FOTO

Gəncə qədim tarixi, zəngin mədəniyyəti ilə yanaşı, özünə xas memarlığı ilə də seçilir. Şəhər ərazisində olan qədim tikililərə nəzər saldıqda, onların əksəriyyətinin dördkünc qırmızı kərpicdən inşa edildiyini görmək olar.

Türbələr görkəmli şəxslərin məzarları üzərində ucaldıldığından onları əsasən qədim qəbirstanlıqda görmək olar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, günümüzədək gəlib çatan türbələrin əksəriyyəti də "Səbzikar" qəbirstanlığının ərazisindədir, lakin Gəncənin müxtəlif yerlərində də belə abidələrə rast gəlmək olar. Şəhər daxilində olan ən qədim türbələrdən biri Comərd Qəssab türbəsidir. Gəncə çayının sağ sahilində, qədim Gəncə hasarının 1 km-də inşa edilən türbə VII-VIII əsrlərə aid edilir. Qədim türbələr sırasına Nizamı Gəncəvinin məqbərəsi də daxildir. Şəhərin mərkəzi bazarının yanında olan bu tikili isə "Mürsəl ocağı" türbəsidir. Abidə şəhərin Əttarlar məhəlləsindəki köhnə qəbirstanlıq da tikilib. XX əsrin ikinci yarısında məzarlıq dağıdılıb. Türbə restavrasiya olunaraq XX əsrə aid memarlıq abidəsi kimi qorunur. Türbə şəhərin "Toyuqçular" kimi tanınan "Tuğçular" məhəlləsində olan qədim qəbirstanlıq ərazisində inşa edilib. Günümüzdə bu ərazidə bir zamanlar qəbirstanlığın olduğunu sübut edən yeganə dəlil elə məhz bu türbədir. Gəncənin "İmamzadə" türbəsi... Şəhərin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında yerləşən tarixi memarlıq abidəsi. "İmamzadə" türbəsinin 2011-ci ildən başlayaraq yenidən qurulmasına, burada dini-memarlıq kompleksinin yaradılmasına başlanılıb. Artıq kompleksdə son tamamlama işləri aparılır. Müxtəlif dövrlərdə inşa edilən və tarixi hadisələr fonunda dağıdılan türbələrin sayı da yetərincədir. Gəncənin bir çox görkəmli şəxsləri olub ki, bu gün onların məzarı üzərində inşa edilən türbələrdən əsər-əlamət yoxdur.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə